Vəsaitimizdə orta məktəbin V – VII siniflərini əhatə edən mövzuların
izahları, izahlı tapşırıqlar, mövzulara uyğun test tapşırıqları, kiçik summativ
qiymətləndirmələr (KSQ), böyük summativ qiymətləndirmələr (BSQ) və
24 sınaq verilmişdir.
Sınaqların 18-i mövzu sınağı, 6-sı isə ümumi sınaqdır.
Vəsaitdə, ümumilikdə, 2100 tapşırıq var və vəsaitin sonunda tapşırıqların
doğru cavabları verilmişdir.