Vəsaitimizdə orta məktəbin V – VIII siniflərini əhatə edən mövzuların izahları, izahlı tapşırıqlar, mövzulara uyğun test tapşırıqları, kiçik summativ qiymətləndirmələr (KSQ), böyük summativ qiymətləndirmələr (BSQ) və sınaqlar verilmişdir.
Mövzulara uyğun test tapşırıqları asan (A) və çətin (B), KSQ-lər asan (A, B) və
çətin (C, D), BSQ-lər asan (A, B, C) və çətin (D, E, F) səviyyələrinə ayrılmışdır.
Sınaqların 18-i mövzu sınağı, 6-sı isə ümumi sınaqdır.
Vəsaitdə, ümumilikdə, 3030 tapşırıq var və vəsaitin sonunda tapşırıqların doğru cavabları verilmişdir.